Müğənni Keti Melua Tbilisidə konsert keçirəcək. Paytaxtın Meriyasının qərarı ilə, konsertdə iştirak etmək hamı üçün puzlsuz olacaq.
Konsert Tbilisinin Beynəlxalq Teatr Festivalı çərçivəsində sentyabrın 16-da, saat 21:00-da Avropa Meydanında keçiriləcək.
Britaniyada fəaliyyət göstərən musiqiçi səhnəyə öz bendi ilə birlikdə çıxacaq.
Keti Melua gürcüdür və illərdir ki, Londonda yaşayır. Musiq karyerası ərzində 2003-cü ildən səkkiz studia albomunu buraxıb.