Ketevan Tsixelaşvili - Barış siyasəti iqtidar üçün əsas prioritetlərdən biridir
“Sabit İnkişaf Məqsədləri” adlı forum çərçivəsində, forum iştirakçılarına Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili müraciət etdi və Gürcüstanın işğal edilmiş ərazilərində və okupasiya xəttinin yanında mövcud olan vəziyyət haqqında danışdı. Bununla yanaşı, nazir münaqişələrin həlli yolları ilə bağlı da danışdı və qeyd etdi ki, barış siyasəti Gürcüstan iqtidarı üçün əsas prioritetlərdən biridir.
Sabit inkişaf məqsədləri forumunda, hansı ki, Gürcüstanda artıq ikinci gündür davam edir, 25 ölkənin 150-dən artıq nümayəndəsi iştirak edir.
Forum iştirakçıları sabit inkişafın 16-cı məqsədinin əsas istiqamətləri olan: sülhməramlı, ədalətli və inkluziv ictimaiyyətin formalaşması məsələləri müzakirə ediləcək.