Ketevan Tsixelaşvili - Yeni təşəbbüs Abxaziya və Sxinvali regionunda istehsal edilən məhsulun Gürcüstanın daxili bazarına və xarici bazarlara çıxardılmasını nəzərdə tutur
“Ticarət və ümumi iqtisadi maraqlar sülhə doğru aparan yollardan biridir” – bu barədə bəyanatı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, baş nazir Giorgi Kvirikaşvili tərəfindən təqdim edilən iqtidar təşəbbüsü haqqında bəhs edərkən verdi.
Tsixelaşvilinin bəyanatına görə, təşəbbüs Abxaziya və Sxinvali regionunda istehsal edilən məhsulun Gürcüstanın daxili və xarici bazarlara çıxardılmasını nəzərdə tutur.
“Xüsusi ilə vurğulanmalıdır ki, qeyd olunan təşəbbüs əlavə requlyasiyaların yaradılmasını və çərçivələrin qoyulmasını nəzərdə tutmur.
Söhbət yeni imkanların yaradılmasından gedir. Bu təşəbbüs, administrasiya xəttinin yanında ticarət mexanizmlərini gücləndirməyi və ümumi layihənin maliyyələşdirilməsini nəzərdə tutur” – dedi Ketevan Tsixelaşvili.