Ketevan Tsixelaşvili - Otxozoriya-Tatunaşvili siyahısının yerinə yetirilməsi Xarici İşlər Nazirliyinin öhdəliyinə verildi
Ketevan Tsixelaşvili - Otxozoriya-Tatunaşvili siyahısının yerinə yetirilməsi Xarici İşlər Nazirliyinin öhdəliyinə verildi
Gürcüstanın Barışma və Vətəndaş Bərabərliyi məsələlərində dövlət naziri Ketevan Tsixelaşvilinin bəyanatına əsasən, Otxozoriya-Tatunaşvili siyahısında Arçil Tatunaşvilinin işi ilə əlaqəsi olan iki ittiham olunan şəxs, Davit Qurciyev və Alik Taboyev, eləcə də, Otxozoriyanın cinayətində məhkum Kancioğludurlar.

Nazirin qeyd etdiyi kimi, Parlament qətnaməsinə əsasən, hökümət  Otxozoriya-Tatunaşvili siyahısını təsdiq etdi. Bu siyahıya 33 şəxs daxildir. Bu şəxslər 1991- ci ildən bu yana  işğal olunmuş ərazilərdə Gürcüstan vətəndaşlarına  qarşı  müxtəlif cinayətlər törədiblər.

“Bu 33 şəxs, ağır cinayət işi üzrə ittiham olunurlar ya da ki onlar məhkumdurlar. BurayaArçil Tatunaşvilinin işi ilə əlaqəsi olan iki ittiham olunan şəxs, Davit Qurciyev və Alik Taboyev daxildir, onlar interpol tərəfindən axtarılırlar. Əsas odur ki, qətnamədə yazılan tədbirlər həyata keçsin və mümkün bütün nəhdudiyyətlər həyata keçirilsin. Buraya mülk, maliyyə və beynəlxalq əməkdaşlıq tərəfindən siyahıda adı çəkilən şəxslərin yerdəyişməsi də aiddir.

Onun dediyinə əsasən, siyahının bağlı deyil, açıq olması önəmlidir.

Nazirin qeyd etdiyi kimi, Parlamentin qətnaməsi hansı məhdudiyyətlərin olmasını artıq təyin edib.

“Aydındır ki, Gürcüstan höküməti müvafiq olaraq, Gürcüstanın Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və bütün kompenetsiyaya sahib olan idarələr maraqlanır ki, bu məhdudiyyətlər maksimal dərəcədə effektli şəkildə işləsin”, -Tsixelaşvili bəyan etdi.