Ketevan Dumbadzenin deputat səlahiyyətlərinə xitam verilib, Davit Serqeenkonun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi isə uğursuz alınıb
Bu gün parlamentdə “Gürcü Arzusu”nun deputatları Ketevan Dumbadze və Davit Serqeenkonun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi səsə qoyulub. Ketevan Dumbadzenin səlahiyyətinə xitam verildi, lakin Davit Serqeenkonun səlahiyyətinə xitam verilməsi baş tutmadı. Səsvermə zamanı iki deputat məsələni dəstəkləyib, 12 deputat isə əleyhinə çıxıb.
İrakli Kadaqişvili bu gün keçirilən plenar iclasda hər iki deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında qərar layihələrini təqdim edib.
O bildirib ki, Ketevan Dumbadze sentyabrın 4-dən Yazıçılar Evinin direktoru vəzifəsinə təyin edilib, bu da parlamentin deputatı statusu ilə uyğun deyil, Davit Serqeenkonun səlahiyyətlərinə xitam verilməsinə səbəb kimi isə onun parlamentin iclaslarında üzrlü səbəb olmadan iştirak etməməsidir.
Prosedur Məsələləri və Qaydaları Komitəsinin sədri bildirib ki, yaz sessiyasının 32 iclası keçirilib və onların 25-də Davit Serqeenko iştirak etməyib.