Ketevan Dedopali prospektinin reabilitasiyası başa çatır
Ketevan Dedopali prospektinin reabilitasiyası başa çatır

İsanidə, Ketevan Dedopali prospektinin reabilitasiyası başa çatmaq üzrədir, – bu barədə Tbilisi meri, Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasındabəyan etdi.

Onun dediyinə görə, hazırda qeyd olunan ünvanda müxtəlif hissələrdə asfalt örtüyü işləri aparılır.

“Avlabri meydanından Telavi küçəsinə qədər olan hissədə asfalt örtüyünün üst qatı təşkil olunur. Eyni zamanda, Avlabri meydanında və Telavi küçəsindən Lex Kaçinski küçəsinə qədər asfalt örtüyünün alt qatları salınır. Növbəti mərhələdə sözügedən reabilitasiya hissəsində kommunikasiya quyularının müvafiq səviyyəyə çatdırılması işlərinə başlanılacaq”, – Kaladze bəyan etdi.

Onun sözlərinə görə, görünüşü dəyişmiş Avlabri Meydanı ictimai nəqliyyat üçün vacib qovşaqlardan biri olacaq.

“Avlabri Meydanı tamamilə dəyişdiriləcək. Bura ictimai nəqliyyat üçün vacib qovşaqlardan biri olacaq. Layihə çərçivəsində Avlabri Meydanında fəvvarəni götürdük və bu məkandan ictimai nəqliyyat üçün istifadə etdik”,  – Kaladze qeyd etdi.

Bundan başqa, Avlabri Meydanında kəsişmə adaları düzülür və metronun “Avlabri” stansiyasının ətrafındakı ərazidə təbii daş plitələrin döşənməsi işləri aparılır.