Kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı statusuna malik uşaqlar üçün sosial paketin artırılması planlaşdırılır
Kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı statusuna malik uşaqlar üçün 2023-cü ildə sosial paketin artırılması planlaşdırılır.
İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin keçirilən iclasında bu gün hökumətin qanunvericilik təşəbbüsü qaydası ilə təqdim etdiyi Gürcüstan qanununun layihəsi “Sosial yardım haqqında” qanuna düzəlişlərin daxil edilməsi” müzakirə olunub.
Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tamila Barkalaia deputatları qanun layihəsinin təfərrüatları ilə tanış edib.
“Məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı statusuna malik uşaqlar sosial paket alanların ən həssas kateqoriyalarından biridir və onların xüsusi ehtiyacları var. Bu kateqoriyadan olan şəxslərə sosial paketin məbləğinin illik indeksləşdirilməsinə qanunvericilik səviyyəsində təminat verilməsi məqsədəuyğundur və oxşar qərarlar hər büdcə ilində bu məqsədlə ayrılan vəsaitlərin məbləğindən və fiskal parametrlərdən asılı olmamalıdır.
Kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı statusuna malik uşaqlar üçün 2023-cü ildə sosial paket 65 lari, digər kateqoriyadan olan məhdud imkanlı statusuna malik şəxslər üçün isə sosial paketin həcmi 35 lari artacaq. Qeyd olunan vəsait qanun layihəsi ilə müəyyən edilmiş prinsiplər və Gürcüstanın Milli Statistika Xidmətinin dərc etdiyi rəsmi məlumatlar əsasında hesablanıb və 2023-cü ildə pensiyaların indeksləşdirilməsinin hesablanması prinsipinə əsaslanır.
Buradaca qeyd edirəm ki, sosial paketin həcminin artırılması təqribən 132 min nəfərə şamil ediləcək ki, bunun da 45 mini kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı statusuna malik uşaqlardır. Bu məqsədlər üçün əlavə büdcə ayırmalarından 73 milyon lari artıq ayrılıb və Gürcüstanın 2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə daxil edilib. Bu ilin büdcəsi təxminən 228 milyondur. Yəni qeyd olunan dəyişikliklərə əsasən, qəbul və razılıq halında, 2023-cü ildən kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı statusuna malik uşaqlar üçün pensiya 340 lari olacaq. Olduqca kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər üçün 375 lari və mötədil şəkildə ifadə olunmuş məhdud imkanlı şəxslər üçün isə 135 lari olacaq” – deyə Tamila Barkalaia bildirib.