Keramika qabda qurğuşunun aşkarlanması səbəbilə idxalçıya məhsulun yığışdırılması tapşırılıb
Keramika qabda qurğuşunun aşkarlanması səbəbilə idxalçıya məhsulun yığışdırılması tapşırılıb

 
Keramika qabda qurğuşunun aşkarlanması səbəbilə idxalçıya məhsulun yığışdırılması tapşırılıb-bu barədə Milli Qida Agentliyi məlumat yayır.

Milli Qida Agentliyi tərəfindən yayılmış məlumatda, cari ilin iyulun 25-də Sağlamlıq və Qida Təhlükəsizliyi Baş Direktoratlığının (DG SANTE) Avropa Komissiyasının (RASFF) sürətli xəbərdarlıq sistemi vasitəsilə, Milli Qida Agentliyinə bildiriş (2022.4294) daxil olduğu deyilir. Bildirişə əsasən, Polşanın səlahiyyətli xidməti bazarda nəzarət zamanı Çin istehsalı -He Tai Ceramic Manufacturing CO., LTD keramika boşqablarda (qida ilə təmasda olan material), qurğuşunun miqrasiya faktını (1,5+/-0,4 mq/dm2) aşkarlayıb.

“Gürcüstanda bəhs edilən məhsulların- boşqablar – Ambition Junior, diametri – 19 sm, sayı – 144, partiya nömrəsi – 281799BB , alıcı-idxalçısı MMC “Terminal West Trading ” – “Domino” ticarət hipermarketidir. Agentlik bildirişdə qeyd olunan qabları artıq almış istifadəçiləri ondan istifadə etməməyə çağırır.

Milli Qida Agentliyi qeyd olunan faktla bağlı idxalçıya yazılı məlumat verib və istehlakçının sağlamlığının qorunması məqsədilə qeyd olunan boşqab partiyasının yığışdırılması barədə göstəriş verib” – deyə Milli Qida Agentliyinin məlumatında qeyd olunub.