Kentuki ştatında şəhərin meri olaraq altı aylıq buldoqu seçdilər
Kentuki ştatında şəhərin meri olaraq altı aylıq buldoqu seçdilər

ABŞ-da Kentuki ştatında şəhərin meri olaraq altı aylıq Fransa buldoqu seçdilər. Söhbət Rebbit Haş şəhərindən gedir. Burada 500 insan yaşayır.

“BBC”-nin yazdığına görə, Uilbor adlı buldoq mer vəzifəsini dörd il müddətinə tutacaq.

Altı aylıq itin sahibi Emmi Noland deyir ki, Kentuki ştatında mer olaraq ev heyvanının seçilməsi ənənəsi 1990-cı ildən mövcuddur. Bu təşəbbüs tarixi şəhər üçün ianələrin toplanılması məqsədini güdürdü.

Bu müddət ərzində şəhərin meri vəzifəsinə iti beş dəfə seçiblər.