Kenterberi arxiyepiskopu Castin Uelbi Xurvaletidə işğal xəttində olub
Kenterberi arxiyepiskopu Castin Uelbi Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası ilə birlikdə Xurvaleti rayonunda inzibati sərhəd xəttinin bölməsində olub. Məlumatı Avropa İttifaqının Monitorinq Missiyası yayıb.
Avropa İttifaqının Monitorinq Missiyasının rəhbəri Dimitrios Karabalis arxiyepiskopu salamlayıb, səfər zamanı onun nümayəndə heyətinə qatılıb və bölgədə inkişaf etmiş son hadisələrlə bağlı öz baxışını təqdim edib.
Avropa İttifaqının Monitorinq Missiyasının yaydığı məlumatına görə, Xurvaleti bölgəsində təşkilatın müşahidəçiləri arxiyepiskopu regiondakı təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıblar. Söhbət daha sonra hərəkət azadlığının məhdudlaşdırılması səbəbindən yerli sakinlərin gündəlik həyatlarında qarşılaşdıqları konkret problemlərlə bağlı olub.
“Səfərin sonunda arxiyepiskop məlumat xarakterli səfərə və Avropa İttifaqının Monitorinq Missiyasının Gürcüstanda və daha geniş regionda sabitliyə verdiyi töhfəyə görə minnətdarlığını bildirib” – Avropa İttifaqının Monitorinq Missiyasının yaydığı məlumatında qeyd olunur.