Keniyada məktəbdə baş verən yanğında 17 şagird həlak olub
Keniyada məktəbdə baş verən yanğında 17 şagird həlak olub

Keniyada məktəbdə baş verən yanğında 17 şagird ölüb, 14 nəfər yaralanıb.

Bu barədə yerli polis məlumat yayıb.

Medianın məlumatına görə, yanğın nəticəsində cəsədlərə o qədər ziyan dəyib ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil. Ondan çox adam ağır yanıq xəsarətləri ilə yerli xəstəxanalara çatdırıldığından ölənlərin sayının artacağı ehtimal edilir.

Hadisə yerinə əlavə xilasedici qüvvələr göndərilib, səlahiyyətlilər ətraflı məlumatı daha sonra açıqlayacaqlar.

Qırmızı Xaç tələbələrə, müəllimlərə və qurbanların ailələrinə psixoloji dəstək verəcək. Bundan əlavə, məktəbdə itkin düşmüş şəxslərin axtarışı üçün nəzərdə tutulan bölmə təşkil edilib.

Polis nümayəndəsinin sözlərinə görə, hazırda yanğının səbəbi məlum deyil, araşdırmalar davam edir.