Kəndin İnkişafı Agentliyinin nümayəndəsi - bu mövsüm fındıq miqdarının daha çox olacağı və keyfiyyətinin yüksək olacağı gözlənilir, müvafiq olaraq fermerlər üçün qiymətlərimiz də məqbul olacaq
Kəndin İnkişafı Agentliyinin nümayəndəsi - bu mövsüm fındıq miqdarının daha çox olacağı və keyfiyyətinin yüksək olacağı gözlənilir, müvafiq olaraq fermerlər üçün qiymətlərimiz də məqbul olacaq

 
Fındığın keyfiyyəti yüksəldikcə qiyməti də artacaq, hazırda vaxtından əvvəl yığılan məhsul bazara çıxarılır-bu barədə Kəndin İnkişafı Agentliyinin Regionlarla Əlaqələr Şöbəsinin rəhbəri Laşa Şalamberidze danışıb.

“Bugünkü qiymətlər həqiqətən son deyil, çünki yığım prosesi hələ də davam edir. Satışa çıxarılan fındıq keyfiyyətsizdir, yəni əvvəllər yığılan fındıq – təbii ki, keyfiyyətli olmayacaq. Mən əhaliyə müraciət etmək istərdim, əvvəlcə fındığı qurutsunlar, sonra isə birbaşa müəssisələrə təhvil versinlər, çünki müəssisələrin keyfiyyətli fındığa böyük ehtiyacı var. Bu mövsüm fındıq miqdarının daha çox olacağı və keyfiyyətinin yüksək olacağı gözlənilir, müvafiq olaraq fermerlər üçün qiymətlərimiz də məqbul olacaq”- deyə Laşa Şalamberidze bildirib.

Onun açıqlamasına görə, fındığın təşviqi üzrə dövlət proqramına 90 mindən çox fermer cəlb edilib, onlar hər hektar üzrə 500 bal alıblar, sonra isə pestisid və gübrə üçün kənd təsərrüfatı mağazalarında nağdlaşdırıblar, o dövlət proqramının fermerlərə fındığa qayğı göstərmək üçün bütün imkanları yaratdığını deyib.

Bu barədə məlumatı Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidməti yayır.