Kənd Təsərrüfatının böhran əleyhinə planı çərçivəsində,fermerlər üçün aqro kartların paylanılması davam etdirilir
 Kənd Təsərrüfatının böhran əleyhinə planı çərçivəsində,fermerlər üçün aqro kartların paylanılması davam etdirilir

 

 

 

Kənd Təsərrüfatının böhran əleyhinə planı çərçivəsində,fermerlər üçün aqro kartların paylanılması prosesi ilə Kənd və Kənd Təsərrüfatının İnkişafı Agentliyinin direktoru, İlia Tamaraşvili Kaxeti bölgəsinin qubernatoru,İrakli Kadaqişvili ilə birlikdə Telavi Munisipalitetində tanış olub.Məlumatı Kənd Təsərrüfatı Nazirliyi yayır.

Bölgənin qubernatoru İrakli Kadaqişvilinin sözlərinə görə, indi fermerlərin kənd təsərrüfatı işlərində fəal iştirak etdikləri dövrdür və onlar üçün  dövlətin dəstəyi  və proqramda nəzərdə tutulan yaxşılıqlardan yararlanmaq  olduqca mühümdür.

Mayın 20-dən etibarən, ″Kənd Təsərrüfatı təyinatlı Torpağın Sahiblərinin stimullaşdırılması″-na dair  proqram ilə nəzərdə tutulmuş  xalların  Liberty Bank-ın aktiv hesabına sahib istifadəçilər üçün hesablanması  mərhələli şəkildə aparılır; Mərhələli şəkildə  bank tərəfindən aqro kartlar da paylanılır.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, fermerlər kənd təsərrüfatı mallarını hesablanmış  xallarla  ixtisaslaşmış mağazalarda artıq ala bilərlər.

Proqramda nəzərdə tutulan subsidiyanın alınması üçün fiziki və hüquqi şəxslərin mülkiyyətində  dövlət reyestrində qeydiyyatda olan 0,25 ilə 10 hektaradək  kənd təsərrüfatı təyinatlı torpaq olmalıdır.

200 mindən çox fermer ″Kənd Təsərrüfatı təyinatlı Torpağın Sahiblərinin stimullaşdırılması″-na dair  dövlət  proqramından faydalanacaq. Proqramın büdcəsi 37 milyon larini təşkil edir.

 

Hazırladı-Sevinc Mustafayeva