Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, avqust ayından dəyəri 2 milyon dollardan çox olan alma ixrac edilib
Cari ilin avqustun 1-dən dekabrın 12-si də daxil olmaqla Gürcüstandan dəyəri 2,2 milyon ABŞ dolları olan 3449 ton alma ixrac edilib.
Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.
Onların verdiyi məlumata görə, 2021-ci ilin avqustun 1-dən dekabrın 12-si də daxil olmaqla, Gürcüstandan alma, demək olar ki, tamamilə Rusiya Federasiyasına (3443 ton) və Ermənistana isə 5 ton ixrac edilib.