Kənd Təsərrüfatı Nazirliyi - sentyabrın 5-nə olan vəziyyətə görə dövlət şərab müəssisəsi tərəfindən 1050 ton zədələnmiş üzüm emal edilib
Sentyabrın 5-nə olan vəziyyətə görə dövlət şərab müəssisəsi tərəfindən 1050 ton zədələnmiş üzüm emal edilib-bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda deyilir.
Nazirlik dolu vurmuş üzümün təhvil verilməsi prosesinin bu gün aşağıdakı munisipalitetlərdə beş məntəqədə : Telavi (iki yer), Siğnaği, Ğvareli və Qurcaanidə aparıldığı ilə bağlı məlumat yayır.
Sentyabrın 2-də yağan güclü dolu və külək Kaxeti bölgəsinin Ğvareli, Telavi, Axmeta, Siğnaği və Qurcaani munisipalitetlərində müxtəlif kənd təsərrüfatı bitkilərinə, o cümlədən üzüm bağlarına ziyan vurub. İlkin məlumata görə, dolu 3500 hektardan çox əraziyə ziyan vurub.
“Zədələnmiş üzümlərin dövlət müəssisəsinə təhvil verilməsinə təbii fəlakətin ertəsi günü, sentyabrın 3-dən başlanılıb. Üzüm sahələrinin sahibləri zədələnmiş üzümləri 90 tetriyə MMC “Gəlirin İdarəedilməsi Şirkəti”-nə təhvil verirlər. 2023-cü ilin üzüm yığımı çərçivəsində ümumilikdə 16 min ton üzüm emal edilib. Bunun 8 min tona qədəri Rkatsiteli, 5 min tonu Saperavi və qalanları müxtəlif üzüm sortlarıdır.
Bu il özəl sektor aktivdir. Üzüm məhsulunun emalına hazırlıq tələbi ilə üzüm koordinasiya qərargahında 220 şərab zavodu qeydiyyatdan keçib-bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda deyilir .