Kənd Təsərrüfatı Nazirliyi proqrama başlayır, hansı ilə, 200 000-ə qədər fermer istifadə edə biləcək, proqramın büdcəsi  37 000 000 laridir
Kənd Təsərrüfatı Nazirliyi proqrama başlayır, hansı ilə, 200 000-ə qədər fermer istifadə edə biləcək, proqramın büdcəsi 37 000 000 laridir

Ətraf Mühitin Müdafiyəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvilinin verdiyi məlumata görə, “Kənd təsərrüfatı təyinatlı torpaq sahələri sahiblərinin stimulyasiyası” adlı yeni dövlət proqramı başlayır.

Proqram kənd-təsərrüfatı mallarının və əkin xidmətlərinin qiymətinin subsidiyalarını nəzərdə tutur.

Dövlət proqramlarından istifadə etmək üçün torpaq sahəsi sahibləri, işlətdikləri torpaq sahələrini ilin sonuna qədər qeydiyyatdan keçirməlidirlər.

Subsidiyanın həcmi bir hektar torpaq sahəsi üçün, fermerin aqro-kartına 200 balın yüklənməsidir.

Nazir Levan Davitaşvilinin dediyinə görə, aqro-kartdan fermerlər: kənd təsərrüfatı mallarını almaq üçün, kimyəvi gübrələr almaq üçün istifadə elə bilərlər.

Layihə çərçivəsində, 20 hektardan əksik olmayan torpaq sahəsi üçün subsidiya maksimum 2 000 lari təşkil edir.

Proqramdan 200 000-ə qədər fermer istifadə edə biləcək.

Proqramın büdcəsi 37 000 000 laridir və 2020-ci ilin mayın 20-dən başlayır.