Kemerovoda uşaqların olduğu avtobusda yanğın çıxdı.
Yerli medyanın yazdığına görə, voleybolçu uşaqları aparan avtobus birdən yanmağa başladı.
Hadisə zamanı avtobusda 11 nəfər var idi və yanğın çıxan kimi avtobusu tərk etdilər.
Yanğının likvidasiyası yanğın briqadasının gəlməsinə qədər mümkün oldu.
Daha sonra isə, uşaqlar başqa avtobusla evlərinə aparıldılar.