Kemerovoda keçirilən aksiyada xüsusi təyinantlılar səfərbər olunublar
Kemerovoda vətəndaşlar tərəfindən keçirilən etiraz aksiyasında xüsusi təyinat qüvvələri səfərbər olunub.
Bu barədə bəyanatı “Doiçe Velle” yayır. Aksiya Kemerovonun inzibati binasının yanında keçirilir.
Vətəndaşlar iqtidardan tələb edirlər ki, ticarət mərkəzində baş verən faciyə ilə bağlı həqiqəti açıqlasınlar.
“İnterfaks”-ın məlumatına görə, aksiya yerində xüsusi təyinantlılarla dolu atlı avtobus və “Rosqvardiya”-lılar dururlar.
Yerli medyanın məlumatına görə, aksiyada 4 min nəfər iştirak edir.
Etiraz edənlər danışırlar ki, atəş içində olan uşaqların xilas edilməsinə imkan verilmədi. Aksiya iştirakçıları tələb edirlər ki, Kemerovonun qubernatoru və Rusiya prezidenti Vladimir Putin onlarla görüşüb, suallarına cavab versin.
Medyanın məlumatına görə, etiraz edənlərin yanına vitse-qubernator Sergey Tsivelev getdi və onlara prozekturaya getməyi təklif etdi.
“Vaş qorod” nəşriyyatının məlumatına görə, ölənlərin qohumları prozekturada 67 cəsəd tanıdılar.
Rusiya müxalifətinin qərargahı məlumat yayır ki, etiraz aksiyasının iştirakçılarına qarşı güc istifadə ediləcək.
Kemerovoda baş verən yanğın nəticəsində 64 nəfər öldü. 10 nəfər isə, xəstəxanadadır.
Səhər Kemerovoya Rusiya prezidenti getdi. O həlak olanların yaxınlarına baş sağlığı verdi və bəyan etdi ki, faciyəyə ticarət mərkəzinin əməkdaşlarının laqeyidliyi səbəb oldu. Rusiya liderinin bəyanatına görə, suçlu olan hərkəs cəzasını çəkəcək.
Yanğınla bağlı 5 nəfər həbs edildi. Onların arasında ticarət mərkəzinin sahibi və mühafizə xidmətinin əməkdaşı var, hansı ki, yanğın siqnalizasiyasını keçirmişdi.