Kelli Deqnan - ümid edirəm Konstitusiya Məhkəməsi tərəfindən Dövlət Müfəttişi Xidmətinin sabiq rəhbərinin şikayətinin müzakirəsinədək yeni namizədlərin təsdiqlənməsi-təyinatı baş verməyəcək
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan parlamentin sədri Şalva Papuaşvili ilə görüşüb.
Səfirin görüşdən sonra jurnalistlərə verdiyi açıqlamaya görə, o, Şalva Papuaşvili ilə bir sıra mühüm məsələləri, o cümlədən Dövlət Müfəttişi Xidməti və Məlumatların Mühafizəsi Xidmətinin rəhbərlərinin təyin edilməsi məsələsini müzakirə edib.
Kelli Deqnanın sözlərinə görə, yeni dövlət müfəttişinin müvafiq vaxtda təyin edilməsi vacibdir.
Bununla yanaşı, səfir ümid edir ki, Konstitusiya Məhkəməsi tərəfindən Dövlət Müfəttişi Xidmətinin sabiq rəhbərinin şikayətinin müzakirəsinədək yeni namizədlərin təsdiqlənməsi-təyinatı baş verməyəcək.
“Parlamentin sədri Şalva Papuaşvili ilə çox maraqlı görüşüm baş tutdu. Görüş zamanı biz müxtəlif məsələləri, o cümlədən onun NATO-ya səfərini, NATO-Gürcüstan Komissiyası çərçivəsində görüşləri müzakirə etdik. Görüşdə həmçinin Dövlət Müfəttişi Xidmətinin və Məlumatların Mühafizəsi Xidmətinin rəhbərlərinin təyin edilməsi məsələsini müzakirə etdik. Ümid edirik ki, bu proses qanunla nəzərdə tutulmuş müddət ərzində həyata keçiriləcək ,çünki bəhsi keçən xidmətlər insan hüquqlarının müdafiəsi baxımından, xüsusən də şəxsi məlumatların mühafizəsi ilə bağlı danışarkən və böyük həcmdə məlumatların onlayn yerləşdirildiyi bir zamanda çox böyük məsuliyyət daşıyır. İnsan hüquqları sahəsində Dövlət Müfəttişi Xidmətinin əhəmiyyəti böyükdür. Ümid edirik ki, müvafiq kvalifikasiyaya malik müstəqil namizədlər rəhbər seçiləcək və bu proses sürətləndirilmiş şəkildə olmayacaq.
Həmçinin, bildiyiniz kimi, Konstitusiya Məhkəməsinə dövlət müfəttişi xidmətindən çıxarılma ilə bağlı şikayət daxil edilib, çünki onun qanunla daha 3 il müddəti var idi və ona qarşı hər hansı bir şikayət və ya başqa iddia olmayıb. Ümid edirik ki, Konstitusiya Məhkəməsi bununla bağlı qərar verəcək və Konstitusiya Məhkəməsinin bununla bağlı qərar qəbul etmək imkanı olana qədər yeni namizədlərin təsdiqlənməsi-təyinatı baş verməyəcək” – deyə Deqnan bildirib.