Kelli Deqnan - sıx şəkildə Mixeil Saakaşvilinin sağlamlığının monitorinqini davam etdiririk
Kelli Deqnan - sıx şəkildə Mixeil Saakaşvilinin sağlamlığının monitorinqini davam etdiririk

 

Olduqca sıx şəkildə Mixeil Saakaşvilinin sağlamlığının monitorinqini davam etdiririk. Yeni sənədlər və onun sağlamlığı haqqında ictimailəşdirilmiş rəy ilə tanışıq-bu barədə ABŞ səfiri Kelli Deqnan, Mixeil Saakaşvilinin səhhəti ilə bağlı “Empatia” Mərkəzinin rəyi barədə jurnalistlərə danışarkən açıqlayıb.

Səfir Saakaşvilinin sağlamlıq və hüquqlarının qorunması üçün lazımi addımların atılmasının vacib olduğunu bildirib.

“Mixeil Saakaşvilinin sağlamlığının olduqca sıx monitorinqini davam etdiririk. Yeni sənədlərlə və onun sağlamlığı haqqında ictimailəşdirilmiş rəy ilə tanışıq. Onların əksəriyyəti hələ də gürcü dilindədirlər və tanışlıq prosesindəyik. Biz Saakaşvilinin sağlamlığı üçün müvafiq müalicə alması və hüquqlarının qorunmalı olması barədə hökumətə, hakimiyyətə dəfələrlə çağırış etmişik. Məhz bu sənədləşmədən sonra, onun sağlamlıq və hüquqlarının qorunması üçün lazım olan müvafiq addımların atılması vacibdir “-deyə Kelli Deqnan açıqlayıb.