Kelli Deqnan Sameqrelo-Zemo Svaneti bölgəsində olub, Poti və Mestianın baş rahibləri ilə görüşüb
Kelli Deqnan Sameqrelo-Zemo Svaneti bölgəsində olub, Poti və Mestianın baş rahibləri ilə görüşüb

 

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Sameqrelo-Zemo Svaneti bölgəsində səfərdə olub.

Səfər çərçivəsində səfir Poti və Mestia baş rahibləri ilə görüşüb.

ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən yayılmış məlumatda da qeyd edildiyi üzrə , Gürcüstan və ABŞ güclü inanc ənənəsini, dini tolerantlıq ruhunu və mədəni rəngarəngliyə hörməti bölüşürlər.

“Səfir Deqnan Sameqrelo-Zemo Svanetidə ruhani liderlərlə görüşüb və Gürcü Ortodoks Kilsəsinə səfirliyin dərin hörmətini təsdiqləyib.

İki on illikdən artıqdır ki, biz Gürcü Ortodoks Kilsəsi ilə ölkənin unikal mədəniyyətini və tarixini, o cümlədən ikona və kilsələrin qorunub saxlanılması üçün əməkdaşlıq edirik.

Mestia və Zemo Svaneti mitropoliti İlarion Avropada daimi məskunlaşmanın olduğu ən yüksək şəhərlər kateqoriyasına  bir şəhərinin daxil olduğu Svanetidəki möminlər üçün aktual məsələlərdən danışıb. Səfir Deqnan Poti və Xobi mitropoliti Qriqol ilə də görüşüb və onu bu yaxınlarda Nyu-Yorkun Müqəddəs Vladimir adına Ortodoks İlahiyyat Seminariyasının fəxri doktoru dərəcəsi alması münasibətilə təbrik edib və Gürcüstan Universitetinin rektoru kimi fəaliyyəti barədə onu dinləyib”- deyə ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən yayılmış məlumatda deyilir.