Kelli Deqnan - Saakaşviliyə yönəlik müvafiq yanaşma tətbiq olunmalıdır, əgər ehtiyac varsa müvafiq tibbi yardım göstərilməli və ədalətli məhkəmə prosesi olmalıdır
Kelli Deqnan - Saakaşviliyə yönəlik müvafiq yanaşma tətbiq olunmalıdır, əgər ehtiyac varsa müvafiq tibbi yardım göstərilməli və ədalətli məhkəmə prosesi olmalıdır

 
“Mən ədalət mühakiməsi və məhkəmə sistemi barədə danışa bilmərəm. Bildiyimə görə, Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib və müvafiq prosedurlar var ki, buna əsasən də bu məsələlərə baxılacaq-bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistin “Mixeil Saakaşvilinin həbsdə qalıb-qalmaması ilə əlaqədar sualını cavablandırıb”.

Deqnanın sözlərinə görə, qanunun aliliyinə gəlincə, Saakaşviliyə yönəlik müvafiq yanaşma tətbiq olunmalıdır, əgər ehtiyac varsa müvafiq tibbi yardım göstərilməli və ədalətli məhkəmə prosesi olmalıdır.

“Ədalət mühakiməsi və məhkəmə sisteminə gəlincə, bu barədə danışa bilmərəm. Bildiyimə görə, o Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib və müvafiq prosedurlar var ki, buna əsasən də bu məsələlərə baxılacaq.

Qanunun aliliyi və qanunla müvafiq olmasına gəlincə, bizim mövqeyimiz ondan ibarətdir ki, ona yönəlik müvafiq yanaşma tətbiq olunsun, əgər ehtiyac varsa müvafiq tibbi yardım göstərilməli və ədalətli məhkəmə prosesi olmalıdır” – deyə Kelli Deqanan bildirib.

Saakaşvilinin məsələsi üzrə istintaq komissiyasının yaradılması məsələsinə gəlincə, səfirin sözlərinə görə, bu, tamamilə parlamentin səlahiyyəti və vəzifəsidir.

“Bu mənim qərar verə biləcəyim bir məsələ deyil. Təbii ki, komissiyanın yaradılmasının müvafiq qaydaları və prosedurları var. Bu, tamamilə parlamentin səlahiyyəti və vəzifəsidir” -deyə Kelli Deqnan bildirib.