Kelli Deqnan - Saakaşvili üçün cəzanın təxirə salınması ilə bağlı dinləmələrin davam etdirilməsi vacibdir, təxirə salmağa zaman yoxdur
Kelli Deqnan - Saakaşvili üçün cəzanın təxirə salınması ilə bağlı dinləmələrin davam etdirilməsi vacibdir, təxirə salmağa zaman yoxdur

 

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Mixeil Saakaşvili haqqında “CNN”in sujetini görmədiyini bildirib.

O, ABŞ səfirliyinin Saakaşvilinin rifahı ilə bağlı məsələni diqqətlə izlədiyini bildirib. Kelli Deqnanın qeyd etdiyi kimi, Saakaşviliyə müvafiq tibbi yardım göstərmək hökumətin vəzifəsidir.

Bununla yanaşı, Deqnan Saakaşvili üçün cəzanın təxirə salınması məsələsi üzrə məhkəmə prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib.

“Mən “CNN”in materialını görməmişəm. Biz Saakaşvilinin rifahı ilə bağlı məsələni diqqət və narahatlıqla izləyirik. Dinləmələrin davam etdirilməsi olduqca vacibdir. İnsan həyatı tərəzinin gözündədir və hazırda diqqət Saakaşvilinin və ya bu halda olan hər kəsin ona lazım olan tibbi və psixoloji yardımı almasını təmin etməyə yetirilməlidir. Saakaşviliyə müvafiq tibbi yardımın göstərilməsinin hökumətin məsuliyyətində olduğunu biz və bir çoxları, o cümlədən xalq müdafiəçisi də söylədi. Bu dinləmə ilə Saakaşvilinin hansı yardıma ehtiyacı olduğu aydın oldu. Ona görə də dinləmələrin davam etdirilməsi vacibdir. Təxirə salmağa zaman yoxdur”-deyə Kelli Deqnan açıqlayıb.