Kelli Deqnan - Rusiya yeni vədlər verməkdən danışana kimi, 2008-ci ildə nail olunmuş razılaşma və vədini yerinə yetirsin, Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxarsın
Rusiya hansısa yeni vədlər verməkdən danışana kimi, 2008-ci ildə nail olunmuş razılaşma və vədini yerinə yetirsin, Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxarsın, – bu barədə ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan bəyan etdi.
Səfirin Rusiya tərəfindən Çeçenistanda təhlükəsizlik şurası iclasının keçirilməsi və Gürcüstan-Çeçenistan arasında birləşdirici yolun tikintisi barəsində verilən suala cavab olaraq bəyan etdi ki, önəmlidir Rusiya hələ 2008-ci ildə Gürcüstanla bağlı verdiyi vədləri yerinə yetirsin.
“Xatırladığım kimi, bu yol kifayət qədər köhnə layihədir və təxminən 1970-1980-ci illərdə layihələşdirilmişdi. Lakin mütləq qeyd etməliyik ki, Rusiya hansısa yeni layijələr, yollar və vədlər verməkdən danışana qədər, 2008-ci ildə nail olunmuş razılaşma və vədini yerinə yetirsin, Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxarsın. Əsas odur ki, onlar 2008-ci il müharibəsindən sonra götürdükləri vədləri yerinə yetirsinlər, sonra başqa vədlərdən danışsınlar”, – Deqnan bəyan etdi.