Kelli Deqnan - Regional gərginlik fonunda Gürcüstan və ABŞ-ın sıx əlaqə saxlaması xüsusilə vacibdir
Kelli Deqnan - Regional gərginlik fonunda Gürcüstan və ABŞ-ın sıx əlaqə saxlaması xüsusilə vacibdir

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədrləri Nikoloz Samxaradze və İrakli Beraia ilə görüşüb.

Səfirin jurnalistlərə verdiyi məlumata görə, görüşdə Gürcüstan nümayəndə heyətinin ABŞ-a səfəri müzakirə olunub.

Deqnan həmçinin bildirib ki, regional gərginliklər fonunda ABŞ və Gürcüstanın sıx əlaqə saxlaması vacibdir.

“Çox səmərəli görüş keçirdim, biz Gürcüstan nümayəndə heyətinin Vaşinqtona səfəri barədə danışdıq. Nümayəndə heyəti Konqres üzvləri, Dövlət Departamenti və vətəndaş cəmiyyəti üzvləri ilə görüşərək Gürcüstan və ABŞ arasında ikitərəfli münasibətləri müzakirə edib. Bir çox başqa məsələləri də müzakirə etdik. Bir qayda olaraq, ABŞ və Gürcüstan müxtəlif mühüm məsələlər üzərində işləyir və regional gərginlik şəraitində sıx əlaqə saxlamaq xüsusilə vacibdir”, – Deqnan bildirib.