Kelli Deqnan Nino Lomjaria ilə görüşüb
Kelli Deqnan Nino Lomjaria ilə görüşüb

 

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bu gün Gürcüstanın xalq müdafiəçisi Nino Lomjaria ilə görüşüb. Görüşlə bağlı məlumatı Gürcüstanın Xalq Müdafiəçisi Ofisi yayır.

“Görüşdə Nino Lomjaria Avropaya inteqrasiyanın əsas şərti olan demokratik islahatların həyata keçirilməsi prosesində Xalq Müdafiəçisi İnstitutunun rolu ilə bağlı öz baxışını səfirə təqdim edib və bu baxımdan mövcud çağırışları müzakirə edib; Həmçinin, Gürcüstanda demokratik proseslərin inkişafı üçün Amerika Birləşmiş Ştatlarının səylərinin vacibliyini vurğulayıb” – deyə məlumatda deyilir.