Kelli Deqnan - mart ayında rədd edilən Kremldən ilhamlanan qanun Gürcüstanın lehinə çalışan QHT və vətəndaş cəmiyyəti təşkilatlarını hədəfə almışdı
Fikrimcə, bu sual bizi Kremldən ilhamlanan qanunla Amerika qanunu arasındakı fərqə qaytarır – ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan ABŞ-ın Ədliyyə Departamentinin sənədlərindən irəli gələrək jurnalistlərin-Mixeil Saakaşvilinin işində lobbiçilik fəaliyyətinin nəticəsi nə oldu sualını belə cavablandırıb.
Kelli Deqnanın qeyd etdiyi kimi, mart ayında Gürcüstan tərəfindən rədd edilən Kremldən ilhamlanan qanun Gürcüstanın lehinə çalışan gürcü QHT-lərini və vətəndaş cəmiyyətini hədəfə almışdı.
Onun sözlərinə əsasən, Amerika qanunu isə bu lobbiçilərin onların lehinə işləməsi üçün əcnəbilər tərəfindən kirayəyə götürülən hüquq firmalarına və lobbiçilərə köklənib. Bu çox mühüm fərqdir.
“Fikrimcə, biz Rusiyada yaxşı işlər görən QHT-ləri və vətəndaş cəmiyyətini sıxışdırıb çıxaran rus stili qanunun nəticəsini gördük. İndi onların çoxu ya bağlanmalı, ya da qaçmalı oldu. Mart ayında rədd edilən gürcü qanunu da buna köklənmişdi. Bir daha deyirəm ki, gürcü qanunvericiliyi ilə böyük şəffaflıq və tənzimləmələr artıq əlçatandır. Donorların və qeyri-hökumət təşkilatlarının Gürcüstanda nə işlə məşğul olması barədə məlumatı həqiqətən görmək istəyən hər kəs üçün bu tam əlçatandır. Bu səbəbdən, düşünmürəm ki, bu, şəffaflığa aiddir, o, artıq Gürcüstanda əlçatandır” -deyə Deqnan bildirib.