Kelli Deqnan "Xalqın Gücü"nün qanun layihəsi haqqında - bu qanun layihəsinə səs verən Gürcüstanın Avro-Atlantik gələcəyinə ziyan vurulmasına görə birbaşa məsuliyyət daşıyacaq
Kelli Deqnan "Xalqın Gücü"nün qanun layihəsi haqqında - bu qanun layihəsinə səs verən Gürcüstanın Avro-Atlantik gələcəyinə ziyan vurulmasına görə birbaşa məsuliyyət daşıyacaq

 

Əsas sual Gürcüstanın marağının nə olmasıdır. Aydındır ki, Gürcüstanın bu qanuna ehtiyacı yoxdur, hətta bu varianta da, həmçinin o, da aydındır ki, kim bu layihəyə səs versə, Gürcüstanın Avro-Atlantik gələcəyinə dəyən ziyana görə birbaşa məsuliyyət daşıyacaq-bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Xalqın Gücü”nün təşəbbüsünü irəli sürdüyü qanun layihələri ilə bağlı açıqlayıb.

Deqnan Birləşmiş Millətlər Təşkilatı, ABŞ, Avropa Şurası, Aİ-yə üzv dövlətlər və Gürcüstanın bütün dünyadakı dostlarının dəfələrlə Gürcüstan hakimiyyətini və parlamenti bu təkliflərin müzakirəsinə başlamamağa çağırdığını bildirib.

“Bu təkliflər gürcülərə kömək etmək və ictimai həyatı yaxşılaşdırmağa çalışan, təhlükəsiz, firavan gələcək məqsədinə çatmaq üçün çalışan gürcülərə kömək edən təşkilatları və qrupları dayandıracaq. Bu, Gürcüstanın dostları və onların yerli tərəfdaşlarının əməkdaşlığı ilə illərdir davam edir. Gürcüstana lazım olmayan bu təkliflər və təşəbbüslər bu prosesə ziyan vuracaq. Ona görə də mənim sualım budur ki, bu, Gürcüstanın nəyinə lazımdır? bu layihənin əsl məqsədi nədir? Gürcüstanın əksəriyyətinin öz prioritetlərini və istəklərini açıqlaması fonunda Gürcüstana lazım olmayan və Gürcüstanın Avro-Atlantik gələcəyinə xələl gətirmək üçün məsuliyyət daşıyacaq bu təkliflərin irəli sürülməsinin arxasında əslində nə dayanır?”-deyə Kelli Deqnan qeyd edib.