Kelli Deqnan - jurnalistlərə hücum edərək Gürcüstanın demokratiyasına təhlükə yaradanlar siyasi baxışlarından asılı olmayaraq cəzasız qalmamalıdırlar
Səfir Deqnan Gürcüstanda mediaya qarşı zorakılığı qınayır, – bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin yaydığı məlumatda deyilir.
Səfirlik ABŞ səfiri Kelli Deqnanın bəyanatını yayır :
“Bu gün Gürcüstandakı media mühiti ilə bağlı fikirlərini dinləmək üçün Gürcüstan Jurnalist Etikası Xartiyası və Media Vəkilliyi Koalisiyasının üzvlərini qəbul etdim.
Biz media mühitin təşviş doğuracaq dərəcədə pisləşməsini və jurnalistlərə qarşı qısnama, təqib və fiziki hücum hallarının narahatlıq doğuran artımını müzakirə etdik.
Demokratik ölkələrdə azad və müstəqil media olmalıdır.
Siyasi spektr miqyasında media ictimaiyyəti məlumatlandırmaq və əsas hadisələri təsvir etmək üçün azad olmalıdır. Məsuliyyətli, etik media səalhiyyətə malik şəxslərin hesabatlılığı üçün çox önəmlidir.
ABŞ Səfirliyi Xartiyanın jurnalistlərə Gürcüstan əhalisi üçün vacib olan hadisələri və məsələləri ədalətli, balanslaşdırılmış və etik qaydada çatdırmaqda kömək etmək səylərini dəstəkləyir.
Birləşmiş Ştatlar jurnalistlərə qarşı zorakılığı və təqibləri qəti şəkildə qınayır. Jurnalistləri təhdid edən və onlara hücum edənlər cavab verməlidirlər.
5 və 6 iyul tarixlərində baş verən sarsıdıcı zorakılıq bizə zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini xatırladır. Cəzasızlıq zorakılığın məqbul olması təəssüratı yaradır, lakin zorakılıq heç vaxt məqbul deyil.
Azad və açıq media mühitini təmin etmək hakimiyyətdə olanların məsuliyyətidir. Gürcüstan hökuməti jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün fəal addımlar atmalıdır.
Jurnalistlərə hücum edərək Gürcüstanın demokratiyasına təhlükə yaradanlar siyasi baxışlarından asılı olmayaraq cəzasız qalmamalıdırlar. Azad və müstəqil mətbuat əsl demokratik cəmiyyətin meyarıdır”-deyə Kelli Deqnan bildirir.