Kelli Deqnan - İnsanların konstitusiya hüquqlarını həyata keçirmələri üçün onları dinc mühitlə təmin etmək dövlətin məsuliyyətidir, ümid edirəm gələcəkdə bu hüquqların nə qədər dəyərli olması daha çox qiymətləndiriləcək
Kelli Deqnan - İnsanların konstitusiya hüquqlarını həyata keçirmələri üçün onları dinc mühitlə təmin etmək dövlətin məsuliyyətidir, ümid edirəm gələcəkdə bu hüquqların nə qədər dəyərli olması daha çox qiymətləndiriləcək

 

“İnsanlar tərəfindən konstitusiya hüquqlarından, toplaşma və ya media hüquqlarından istifadəyə maneəçilik törətməni hədəfləyən bütün növ zorakılıqlar qəbuledilməzdir- bu barədə ABŞ səfiri Kelli Deqnan Gürcüstan Turizm Sənayesi İttifaqında tədbirə qonaq olmazdan əvvəl , tədbirin başlamasınadək bildirib.

“Əlbətdə ki, insanların toplaşmaq və ifadə azadlığı da daxil olmaqla konstitusiya hüquqlarından istifadə etmələri üçün onların dinc mühit ilə təmin etmək dövlətin məsuliyyətidir. Həm də jurnalist fəaliyyətini dinc mühitdə həyata keçirmək hüququ. Təəssüf ki, bunu 5 və 6 iyulda görmədik. Lakin, ümid edirəm ki, gələcəkdə bu azadlığın və hüquqların nə qədər dəyərli olması daha çox qiymətləndiriləcək.

Məsuliyyətin kimə yüklənilməsi və baş nazirin istefa verib-verməməli olmasına dair jurnalistlərin sualını cavablandıran ABŞ səfiri, buna gürcü xalqının qərar verməli olduğunu bildirib.

“Leksonun faciəli ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı vermək istəyirəm. Həqiqətən çox çətindir, dualarımızda onu xatırlayacağıq və hər kəsə baş sağlığı veririk. Lekso zorakılığa məruz qalanlardan biri idi. Əlbətdə ki, insanlar tərəfindən konstitusiya hüquqlarından, toplaşma və ya media hüquqlarından istifadəyə maneəçilik törətməni hədəfləyən bütün növ zorakılıqlar qəbuledilməzdir . Azlıq və ya çoxluq olmasının mənası yoxdur, hər kəsin hüquqlarını qorumaq məsuliyyəti var. Ölkənin liderinin kimin olacağına gürcü xalqı qərar verməlidir. Hadisələrin demokratik proses çərçivəsində inkişaf etməsi vacibdir. Ğaribaşvilinin bugünkü açıqlamasına gəlincə, mən bunu görməmişəm və şərh verə bilməyəcəm “- deyə Kelli Deqnan qeyd edib.