Kelli Deqnan - indi ilə 2019-cu il arasındakı fərq Rusiyanın Ukraynaya təcavüz etməsidir və kiminsə qəddar təcavüzkar ölkədən hədiyyəni niyə təqdirə layiq olaraq görməsini bilmirəm
Kiminsə qəddar təcavüzkar ölkədən hədiyyəni, jesti niyə təqdirə layiq olaraq görməsini bilmirəm- bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan açıqlayıb.
O, bunun olduqca vacib sual olduğunu bildirib.
“Hansı avia xəttlərin girişinə icazə verildiyi barədə məlumat görməmişəm. Bu, onlara sanksiya tətbiq olunub-olunmadığını müəyyən etmək üçün vacibdir. Təhlükəsizlik problemləri var. Əgər sanksiya tətbiq olunubsa, onların hissə problemi, xidmət nasazlığı var, bu, nəzərə alınması gərəkən qanuni təhlükəsizlik problemidir. İndi ilə 2019-cu il arasındakı fərq Rusiyanın Ukraynaya təcavüz etməsidir. Krımdan sonra daha da irəli gedib Ukraynaya, uşaqlara, xəstəxanalara qarşı qanlı, qəddar müharibəyə başladı. Bu, Rusiyanın Ukraynanın suverenliyini və kimliyini məhv etmək üçün qonşu ölkəyə misli görünməmiş təcavüzüdür. Bu, 2019-cu ildən sonra baş verən əsas hadisədir. Kiminsə qəddar təcavüzkar ölkədən hədiyyəni, jesti niyə təqdirə layiq olaraq görməsini bilmirəm. Düşünürəm ki, bu çox vacib sualdır” -deyə Kelli Deqnan açıqlayıb.