Kelli Deqnan - İlham Əliyevin bəyanatı ümidverici idi, Gürcüstan keçmişdə də vasitəçi rolunu oynayıb
Kelli Deqnan - İlham Əliyevin bəyanatı ümidverici idi, Gürcüstan keçmişdə də vasitəçi rolunu oynayıb

 

Region liderlərinin görüşü hər zaman çox müsbət olur – ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Ğaribaşvili arasında keçirilən görüşü belə qiymətləndirib. Bu barədə jurnalistlərə Kelli Deqnan məlumat verib.

ABŞ səfirinə İlham Əliyevin bugünkü bəyanatı “Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var, Ermənistanın hazır olması halında, bu formata başlamağa bu gündən hazırıq” ilə bağlı sual ünvanlanıb.

Deqnan Azərbaycan prezidentinin bu bəyanatının ümidverici olduğunu bildirib.

Bundan əlavə, səfir Azərbaycan tərəfindən Ermənistana hərbçilərin verilməsi məsələsində Gürcüstanın vasitəçi rolundan danışıb.

“Gürcüstanın vasitəçi kimi roluna gəlincə, biz bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımların atıldığını və məhbusların azad edilməsində Gürcüstanın rol oynadığını çox yaxşı xatırlayırıq və bu, prosesdə Gürcüstanın vasitəçi kimi uğurlu hekayəsi idi. Lakin, bundan başqa, bu ölkələr arasında istər enerji, istər iqtisadiyyat, istərsə də bu qarşılıqlı əməkdaşlıqla təkmilləşdirilə bilən digər sahələrdə daha çox dialoqun aparıla biləcəyi bir çox fərqli sahələr var. Əliyevin bəyanatı çox müsbət, ümidverici idi və Gürcüstan keçmişdə də bu rolu oynayıb” -deyə Kelli Deqnan bildirib.