Kelli Deqnan -hökumət Mixeil Saakaşvilinin hüquqlarının müdafiəsini, onun lazımi tibbi yardım, psixoloji qayğı almasını və ədalətli mühakimə olunmasını təmin etməyə görə məsuliyyət daşıyır
Hökumət Mixeil Saakaşvilinin hüquqlarının müdafiəsini, onun lazımi tibbi yardım, psixoloji qayğı almasını və ədalətli mühakimə olunmasını təmin etməyə görə məsuliyyət daşıyır-bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlayıb.
Xüsusi Penitensiar Xidmət tərəfindən Mixeil Saakaşvilinin kadrlarının dərc edilməsi mövzusu ilə bağlı suala cavab olaraq Kelli Deqnan Saakaşvili məsələsi ilə bağlı məhkəmə iclasının davam etdiyini və prosesin əsas insan hüquqlarına müvafiq şəkildə, şəxsi toxunulmazlıq qorunmaqla və ədalətli məhkəmə hüququna uyğun aparılmalı olduğunu bildirib.
“Hökumət onun hüquqlarının müdafiəsini, onun lazımi tibbi yardım, psixoloji qayğı almasını və ədalətli mühakimə olunmasını təmin etməyə görə məsuliyyət daşıyır. Prinsipcə, bu, hökumətin məsuliyyətidir. Hazırda məhkəmə dinləməsi davam edir. Bu hüquqi proses əsas insan hüquqlarına müvafiq şəkildə, şəxsi toxunulmazlıq qorunmaqla, eləcə də ədalətli məhkəmə hüququna uyğun aparılmalıdır” – deyə Kelli Deqnan açıqlayıb.