Kelli Deqnan - hakimiyyəti tənqid etmək azadlığı sağlam demokratiyanın əsas prinsipidir, bu, Gürcüstan Konstitusiyası ilə də qorunan hüquqdur
Kelli Deqnan - hakimiyyəti tənqid etmək azadlığı sağlam demokratiyanın əsas prinsipidir, bu, Gürcüstan Konstitusiyası ilə də qorunan hüquqdur

 

Hakimiyyəti tənqid etmək azadlığı sağlam demokratiyanın əsas prinsipidir- bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

“TV Pirveli” və “Pormula”ya xəbərdarlıq edilməsi, “Mtavari Arxi”nin isə cərimələnməsi haqqında Rabitə Komissiyasının verdiyi qərarla bağlı səfirə sual ünvanlanıb.

“Bu, həqiqətən təəssüfdoğurucu inkişafdır. Əslində, bu söz azadlığı məsələsi və hakimiyyəti tənqid edən rəylər daxil olmaqla müxtəlif düşüncələrin ifadə azadlığı məsələsidir. Hakimiyyəti tənqid etmək azadlığı sağlam demokratiyanın əsas prinsipidir. Məhz bu gün, Gürcüstan Konstitusiyasının 27-ci ildönümündə, bunun Gürcüstan Konstitusiyası ilə də qorunan bir hüquq olduğu fikrimcə qeyd ediləsidir”-deyə Deqnan bildirib.

Rabitə Komissiyası seçkidənkənar dövrdə efirdə siyasi reklamı qanuna zidd şəkildə yerləşdirdiyinə görə “TV Pirveli” və “Pormula”ya xəbərdarlıq edib, “Mtavari Arxi”ni isə yayımçının illik gəlirinin 1%-i məbləğində cərimələyib.