Kelli Deqnan - Gürcüstanın liderlərinin və bütün gürcülərin diqqəti Aİ-nin 12 bəndini yerinə yetirməkdə olmalıdır
Kelli Deqnan - Gürcüstanın liderlərinin və bütün gürcülərin diqqəti Aİ-nin 12 bəndini yerinə yetirməkdə olmalıdır

 

Gürcüstanın liderlərinin və bütün gürcülərin diqqəti Aİ-nin 12 bəndini yerinə yetirməkdə olmalıdır-bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Milli Hərəkat”ın növbədənkənar seçkilərlə bağlı bəyanatına dair ünvanlanmış sualı cavablandırarkən bildirib.

Deqnan 12 bəndin həyata keçirilməsinin ölkə üçün mühüm fürsət olduğunu bildirib.

“12 tövsiyənin necə həyata keçiriləcəyi ilə bağlı fərqli düşüncələrin olması çox normal prosesdir. İrəli sürülən müxtəlif fikirlərin inteqrasiyası olsaydı, bu, Aİ üçün çox güclü siqnal olardı. Gürcüstanın Aİ-nin tövsiyələrinə necə reaksiya verməsi ilə bağlı yaxşı iş görülüb. İndi əsl məqsəd bunu Gürcüstanda fikir müxtəlifliyini ifadə edəcək vahid sənəddə birləşdirməkdir. Bu 12 tövsiyəyə cavab olaraq Aİ bir çox səsin bir səs olaraq birləşdirilməsini, vahid səsi eşitmək istəyir. Ümid edirəm ki, Gürcüstan bunu təqdim etməyə hazır olacaq”- deyə Kelli Deqnan bildirib.