Kelli Deqnan - Gürcüstan və Ukraynanı parçalayan və ya Gürcüstanla Ukrayna arasında ixtilaf yaradan hər şey yalnız Rusiyaya faydalıdır
Mən Arestoviçin əvəzinə cavab vermək istəmirəm, o, Ukrayna hökumətinin üzvüdür. Mən sizə ABŞ-ın mövqeyini deyəcəyəm – biz Gürcüstanın Avropa istəklərini ardıcıl və qətiyyətlə dəstəkləyirik, Gürcüstanın bu məqsədlərə çatması üçün hər cür səy göstəririk – bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistin Ukrayna Prezident Administrasiyasının müşaviri, Aleksey Arestoviçin bəyanatı ilə bağlı sualına cavabında açıqlayıb.
Kelli Deqnan 12 tövsiyənin yerinə yetirilməsi üçün lazımi addımların atılacağı təqdirdə Gürcüstanın inteqrasiya məqsədlərinə çatması üçün indi real imkan yarandığını bildirib.
“Mən Arestoviçin əvəzinə cavab vermək istəmirəm, o, Ukrayna hökumətinin üzvüdür. Mən sizə ABŞ-ın mövqeyini deyəcəyəm – biz Gürcüstanın Avropa istəklərini ardıcıl və qətiyyətlə dəstəkləyirik, Gürcüstanın bu məqsədlərə çatması üçün hər cür səy göstəririk. Düşünürəm ki, liderlər razılaşsalar və 12 tövsiyəni həyata keçirmək üçün lazımi addımları atsalar, indi bunun üçün real imkan var. Aİ-nin bu hazırlığı görə bilməsi üçün həmçinin vətəndaş cəmiyyətinin, müxtəlif maraqlı tərəflərin geniş və inklüziv iştirakı vacibdir . Tam inteqrasiyanın baş verməsi üçün məhz bu lazımdır və bu addımlar atılmalıdır” – deyə Kelli Deqnan bildirib.
Eyni zamanda, səfir qeyd edib ki, “Gürcüstan və Ukraynanı parçalayan və ya Gürcüstanla Ukrayna arasında ixtilafı təşviq edən hər şey yalnız və yalnız Rusiyaya fayda verir”.
“Rusiya həm Gürcüstana, həm də Ukraynaya təcavüz edib, ərazi bütövlüyü və suverenliyə təhlükə yaradır və Gürcüstanda təhlükəsizliyin, ərazi bütövlüyünün və suverenliyinin qorunması çox vacibdir. Bu, olduqca vacib məsələdir” -deyə Kelli Deqnan bildirib.