Kelli Deqnan - Gürcüstan hökumətini, Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı Xalq Müdafiəçisinin rekomendasiyalarına ciddi yanaşmağa çağırırıq
Gürcüstanda ABŞ səfiri, Kelli Deqnan Gürcüstan hökumətini, keçmiş prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı Xalq Müdafiəçisinin rekomendasiyalarına “ciddi” yanaşmağa çağırır.
Eyni zamanda, Kelli Deqnanın dediyi kimi, ABŞ hökuməti eləcə də Saakaşvilinin ixtisaslı tibbi personaldan müvafiq tibbi müalicə almasına çağırır.
“Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı artan narahatlığı başa düşürəm. Birləşmiş Ştatlar onun ixtisaslı tibbi mütəxəssislər tərəfindən müvafiq tibbi yardım və müalicə almasını dəstəkləyir. Bu, insanın əsas hüququdur. Mən Penitensiar Xidmətdən açıqlamalar görmüşəm ki, onlar tibbi yardım göstərirlər, onların dediyinə görə bəzilərindən Saakaşvili imtina edir. Gürcüstan hökumətini, Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı Xalq Müdafiəçisinin rekomendasiyalarına ciddi yanaşmağa çağırırıq. Gürcüstanın bütün vətəndaşlarının insan hüquqlarını qorumaq Xalq Müdafiəçisinin vəzifəsidir, bu, Konstitusiyanın verdiyi mandatdır. Beləliklə, məhz bu idarə onun vəziyyətini yoxlamalı və tövsiyələr verməlidir. Biz bu vəziyyətin monitorinqinə davam edəcəyik”, – Kelli Deanan bəyan etdi.