Kelli Deqnan - Gürcüstan hökuməti qanunları tez qəbul edə bilər, dəyişikliklər edə bilər, ABŞ bu islahatların həyata keçirilməsində Gürcüstana yardım etməyə hazırdır
ABŞ istənilən islahatların həyata keçirilməsində Gürcüstana yardım etməyə hazırdır, – bu barədə jurnalistlərə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bəyan etdi.
Kelli Deqnanın Avropa İttifaqı tövsiyələrinin icrası ilə bağlı suala cavabında dediyi kimi, növbəti altı ay mühüm fürsətdir və itirməyə vaxt yoxdur.
“Biz görmüşük ki, hökumət qanunları tez tətbiq edə bilər, qanunları tez qəbul edə bilər. Məsələn, gördüyümüz kimi, müfəttişliyin tez bir zamanda ləğv edilməsi, eləcə də müxtəlif qanunların sürətlə qəbul edilməsi. O, həqiqətən bu dəyişiklikləri tez həyata keçirə bilər. Gürcü xalqı bu dəyişiklikləri istəyir və buna hazırlıq da var. Birləşmiş Ştatlar bu islahatları həyata keçirmək üçün Gürcüstana hər cür yardım etməyə hazırdır və buna istəyi var. Hamı dərk etməlidir ki, kimi, növbəti altı ay mühüm fürsətdir və itirməyə vaxt yoxdur. Mən bilirəm ki, gürcü xalqı, müliki cəmiyyət və hökumətdə çoxları bu islahatları həyata keçirmək istəyir”, – Kelli Deqnan bəyane tdi.