Kelli Deqnan - Gürcüstan-ABŞ dostluğunu 30 il qururduq, keçmişi yada salır və irəliyə, birlikdə edəcəklərimizə baxırıq
Kelli Deqnan - Gürcüstan-ABŞ dostluğunu 30 il qururduq, keçmişi yada salır və irəliyə, birlikdə edəcəklərimizə baxırıq

 

ABŞ ötən 30 il və daha çox müddət ərzində Gürcüstanın ən sadiq dəstəkçisi olub. Bu gün Milli Arxiv tərəfindən təşkil olunan sərgi bizim tərəfdaşlığımızın ötən 30 ilini əks etdirir-bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Gürcüstan və Birləşmiş Ştatlar. Diplomatik münasibətlərin tarixi” adlı sərginin açılışında açıqlayıb.

Deqnan bildirib ki, ABŞ hər zaman möhkəmliyi qorumaq və ölkədə sabit demokratiya qurmaq üçün Gürcüstanı dəstəkləyib.

“30 il əvvəl, Gürcüstan sovet repressiyalarından müstəqilliyini bərpa etdikdən sonra və bundan əvvəl Rusiyanın Gürcüstanın suverenliyini və kimliyini məhv etmək cəhdlərinə baxmayaraq, gürcü xalqı firavanlıq və sabit demokratiyanın bərqərar olması qərarında əzmini qorudu. ABŞ ötən 30 il və daha çox müddət ərzində Gürcüstanın bu cəhdində ən sadiq dəstəkçi olub. Biz tərəfdaş olduğumuzdan çox qürur duyuruq və bu gün Milli Arxiv tərəfindən təşkil edilən bu sərgi bu səydə tərəfdaşlığımızın son 30 ilini əks etdirir. Birgə hərbi təlimlərdə iştirak edən hərbçilərimizin şəkilləri, Gürcüstanın demokratik gələcəyi və iqtisadi çiçəklənməsi üçün birgə fəaliyyət göstərən liderlərimizin fotoşəkilləri buradadır. Gürcü və amerika xalqının şəkilləri buradadır. Biz bu dostluğu 30 ildir ki, qururuq. Keçmişi yada salır və irəliyə, birlikdə edəcəklərimizə baxırıq”-deyə Deqnan açıqlayıb.

Ekspozisiya Gürcüstan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub və Birinci Gürcüstan Demokratik Respublikası dövründən bu günə qədər iki ölkə arasında münasibətləri əks etdirir.