Kelli Deqnan - gürcülər Ukrayna xalqına səxavətli humanitar dəstək göstərərkən, fikrimcə gürcü xalqının hansı tərəfdə dayandığı artıq aydın olur
Kelli Deqnan - gürcülər Ukrayna xalqına səxavətli humanitar dəstək göstərərkən, fikrimcə gürcü xalqının hansı tərəfdə dayandığı artıq aydın olur

 
Gürcü xalqı öz ölkəsi və kimliyi uğrunda mübarizə aparan Ukrayna xalqına səxavətli humanitar dəstək göstərərkən, fikrimcə gürcü xalqının hansı tərəfdə dayandığı artıq aydın olur-bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlayıb.

Deqnan bildirir ki, Ukrayna ərazi bütövlüyü, öz xalqının kimliyi uğrunda mübarizə aparır və bunu gürcülər öz təcrübələrindən, Rusiyanın onların kimliyini və ərazisini, suverenliyini əlindən almağa çalışmasından irəli gələrək çox yaxşı bilirlər.

“Fikrimcə, gürcü xalqının kimin tərəfində dayandığı aydındır və bu, Ukrayna xalqı ilə həmrəylikdir. Ukrayna suverenlik və ərazi bütövlüyü uğrunda, bir ölkə kimi mövcud olmaq, xalqın kimliyi uğrunda mübarizə aparır. Bunu gürcülər öz təcrübələrindən, Rusiyanın sizin kimlik və ərazinizi, suverenliyinizi qəsb etməyə çalışmasından irəli gələrək çox yaxşı və dərindən bilirsiniz. Gürcü xalqı öz ölkəsi və kimliyi uğrunda mübarizə aparan Ukrayna xalqına səxavətli humanitar dəstək göstərərkən, fikrimcə gürcü xalqının hansı tərəfdə dayandığı artıq aydın olur” -deyə Kelli Deqnan açıqlayıb.