Kelli Deqnan - əfvlə bağlı istənilən qərarı prezident qəbul edəsidir, əminəm ki, o, qərar qəbul edərkən Helsinki Komissiyasının məktubu da daxil olmaqla, bütün bu cür tələbləri nəzərə alacaq
Kelli Deqnan - əfvlə bağlı istənilən qərarı prezident qəbul edəsidir, əminəm ki, o, qərar qəbul edərkən Helsinki Komissiyasının məktubu da daxil olmaqla, bütün bu cür tələbləri nəzərə alacaq

 

Əfvlə bağlı istənilən qərarı prezident qəbul edəsidir, əminəm ki, o, qərar qəbul edərkən Helsinki Komissiyasının məktubu da daxil olmaqla, bütün bu cür tələbləri nəzərə alacaq- bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Helsinki Komissiyasının Salome Zurabişvilini Nika Qvaramianı əfv etməyə çağırması ilə bağlı jurnalistin sualına cavabında açıqlayıb.

Səfir bunun uzun müddətdir demokratik inkişaf və Avro-Atlantik inteqrasiya yolunda Gürcüstanın qəti dəstəkçisi olan bir təşkilatın məktubu olduğunu bildirib.

“Helsinki Komissiyası bütün dünyada insan hüquqlarının, o cümlədən media azadlığını monitorinq etmək üçün ABŞ Konqresinin mandatı olan hörmətli bir təşkilatdır. Səfirlik də daxil olmaqla, bir çox başqaları kimi, ittihamlar, ittihamın irəli sürülməsi vaxtı və müvafiq olaraq, hökmlər və qərarlar da daxil olmaqla, onlar Qvaramianın işi ilə bağlı narahatlıqları aydın şəkildə dilə gətirirlər.

Bu, Gürcüstanın uzun müddətdir dostu və onun demokratik inkişafı və Avro-Atlantik inteqrasiyasının güclü tərəfdarı olan bir təşkilatın məktubudur. Aydındır ki, əfvlə bağlı istənilən qərarı Prezident Zurabişvili qəbul edəsidir. Əminəm ki, o, qərar qəbul edərkən Helsinki Komissiyasının məktubu da daxil olmaqla, bütün bu cür tələbləri nəzərə alacaq” – deyə Kelli Deqnan açıqlayıb.