Kelli Deqnan - dünənki hadisənin ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş tədbirə kölgə salmasından bir az məyus qaldıq
Dünənki hadisənin ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş həqiqətən qeyri-adi, olduqca müsbət tədbirə kölgə salmasından bir az məyus qaldıq- bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.
Kelli Deqnana dünən Amerika səfirliyində baş vermiş insidentlə bağlı sual ünvanlanıb. Səfir qeyd edib: “Biz bu məlumatları öyrənirik. Bu məsələ ilə bağlı konkret hüquqi prosedurların başlanılıb-başlanmadığını bilmirik. Lakin, zorakılığın, xüsusən də son zamanlar mediaya qarşı belə halların olduğuna şahid olduğumuz bir zamanda yolverilməz olduğunu deyirik. Biz regionlarda müxtəlif siyasi partiyaların nümayəndələrinə qarşı zorakılıq törədilməsi halları ilə bağlı xəbərləri eşidirik və narahat oluruq. İnsan haqlarının, o cümlədən sərbəst toplaşmaq, söz azadlığı və s. zorakılıq yolu ilə pozulması olduqca narahatedicidir. Dünən bir çox gürcünün bir araya gəldiyi həqiqətən qeyri-adi və olduqca müsbət tədbir keçirirdik. Biz gürcülərin bir araya gəlməsini, onların Avro-Atlantik arzular üçün birləşməsinin nə qədər mühüm olduğunu bir daha göstərmək və vurğulamaq istəyirdik, bu hadisənin Amerikanın Müstəqillik Gününün qeyd edildiyi həqiqətən qeyri-adi, olduqca müsbət tədbirə kölgə salmasından bir az məyus qaldıq”-deyə Deqnan bildirib.