Kelli Deqnan DİN Akademiyasına virtual atıcılıq poliqonu üçün avadanlıq verdi
Amerika Birləşmiş Ştatları ilə Gürcüstan arasında diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd etmək üçün ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Daxili İşlər Nazirliyinin Akademiyasında oldu.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qonaqları Daxili İşlər nazirinin müavini, Giorgi Butxuzi qarşıladı. Akademiyada ABŞ-ın partnyorluğu və dəstəyi ilə gətirilən avadanlıq və infrastruktur layihələrinin sərgisi/təqdimatı keçirildi.
Kelli Deqnan və ABŞ Səfirliyinin digər nümayəndələri immitasiya məhkəmə zalı, kiberlaboratoriya, immitasiya sərhəd buraxılış məntəqəsi, məhkəmə-tibbi alətlər, taktiki təlim otağı və təlim avadanlıqları ilə tanış oldular.
ABŞ-ın Gürcüstandakı səfiri Daxili İşlər Akademiyasının əməkdaşları qarşısında çıxış edərək, hüquq-mühafizə orqanları əməkdaşlarının taktiki hazırlığının vacibliyinə və beynəlxalq təcrübənin təlim prosesinə inteqrasiyasına diqqət çəkdi.
Daxili işlər nazirinin müavini – Giorgi Butxuzi bu illər ərzində nazirliyin imkanlarının inkişaf etdirilməsində Amerika Birləşmiş Ştatlarının verdiyi töhfəyə və sıx əməkdaşlığa görə Amerika Birləşmiş Ştatlarının səfirinə minnətdarlığını bildirdi.
Tədbirin sonunda ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Daxili İşlər Akademiyasına Virtual Atıcılıq Poliqonu Avadanlıqlarını (FATS) verdi.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarının Səfirliyi uzun illərdir kibercinayətkarlıq, ailə zorakılığı, trefikinq, taktiki təlim, yetkinlik yaşına çatmayanlar arasında cinayətlərin qarşısının alınması, yol hərəkəti təhlükəsizliyi və digər mühüm istiqamətlərdə Gürcüstan Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edir.