Kelli Deqnan - Devid Kramerin açıqlamasını şərh etmək istəmirəm, hərçənd deyim ki, Gürcüstanın həqiqətən də qayğısına qalan və onun uğurunda maraqlı olan insandır
Devid Kramerin açıqlamasını şərh etmək istəmirəm, hərçənd deyim ki, Gürcüstanın həqiqətən də qayğısına qalan və onun uğurunda maraqlı olan insandır- bu barədə ABŞ səfiri Kelli Deqnan Corc Buş İnstitutunun qlobal siyasət üzrə direktoru Devid Kramerin bəyanatı ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.
“Bidzina İvanişviliyə, eləcə də İvanişvilinin tapşırıqlarını yerinə yetirən şəxslərə qarşı sanksiyalar tətbiq edilməlidir”-deyə Devid Kramerin bəyanatı ilə bağlı səfirə sual ünvanlanıb .
Kelli Deqnan Devid Kramerin akademik dairələrdə böyük hörmətə malik olan özəl şəxs olduğunu qeyd edib.
“O, Gürcüstanı yaxşı tanıyan, ona əhəmiyyət verən, onun taleyindən narahat olan insandır və onun şərhlərinə münasibət bildirmək istəmirəm, hərçənd deyim ki, Gürcüstanın həqiqətən də qayğısına qalan və onun uğurunda maraqlı olan insandır”-deyə ABŞ səfiri bildirib.