Kelli Deqnan - "De-oliqarxizasiya" qanunu mürəkkəbdir və bu səbəbdən Avropa hüquq ekspertlərinin onu nəzərdən keçirməsi, öyrənməsi və nəticə çıxarması vacibdir
Kelli Deqnan - "De-oliqarxizasiya" qanunu mürəkkəbdir və bu səbəbdən Avropa hüquq ekspertlərinin onu nəzərdən keçirməsi, öyrənməsi və nəticə çıxarması vacibdir

 

“De-oliqarxizasiya” qanunu kifayət qədər mürəkkəbdir, Avropa hüquq ekspertlərinin bu qanunu nəzərdən keçirməsi, öyrənməsi və sonra nəticə çıxarması çox vacibdir -bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

Avropa İttifaqının Gürcüstandan bir daha tələb etdiyi üçün “De-oliqarxizasiya” qanununun Venesiya Komissiyasına göndərilib-göndərilməməsi ilə bağlı suala səfir belə cavab verib: “Bu, xüsusilə də Avropa nümayəndə heyətindən, Aİ-nin Gürcüstandakı Nümayəndəliyindən verilirsə vacib məsləhətdir , çünki bunlar Gürcüstanın tövsiyələrin yerinə yetirilməsi ilə bağlı əməkdaşlıq etdiyi qurumlardır və bu, onlar tərəfindən çox vacib məsləhətdir”.

“Zənnimcə, bununla bağlı müəyyən çaşqınlıq var idi. Ukraynanın hazırladığı və Venesiya Komissiyasına göndərdiyi eyni qanun sonradan geri götürüldü və bu mərhələdə nəticəsini gözləmir. Lakin bu qanun yeni, kifayət qədər mürəkkəb bir istiqamət olduğu üçün Avropa hüquq ekspertlərinin onu nəzərdən keçirməsi, öyrənməsi və sonra onun mürəkkəbliyinə əsaslanaraq nəticə çıxarması çox vacibdir. Hesab edirəm ki, bu, Gürcüstan üçün çox faydalı olacaq” -deyə ABŞ səfiri bildirib.