Kelli Deqnan - Çinlə nə tip münasibət istəməsi Gürcüstan hökumətinin məsələsidir, ABŞ illərdir olduğu kimi Gürcüstanın qəti dəstəkçisi olaraq qalır
Kelli Deqnan - Çinlə nə tip münasibət istəməsi Gürcüstan hökumətinin məsələsidir, ABŞ illərdir olduğu kimi Gürcüstanın qəti dəstəkçisi olaraq qalır

 
Çinlə nə tip münasibət istəməsi Gürcüstan hökumətinin məsələsidir, bir çox ölkə “Bir kəmər və yol” təşəbbüsündən üz döndərir, bu, bir neçə illik müşahidədən sonra sözügedən təşəbbüsün ölkələri üçün bir o qədər də faydalı olmamasının ortaya çıxmasından sonra baş verib – bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan açıqlayıb.

Deqnan bildirib ki, kimin onun tərəfdaşı olacağı Gürcüstanın öz seçimidir.

“İlk növbədə, Çenqduda keçirilən Yay Universitet Oyunlarında iştirak edən bütün gürcü idmançıları təbrik etmək istərdim. Bu oyunlarda təqdim olunan Gürcüstan bayrağı möhtəşəm mənzərə idi. Gürcüstan və Çin arasında strateji tərəfdaşlığa gəlincə, təbii ki, Çinlə nə tip münasibət istəməsi Gürcüstan hökumətinin məsələsidir, bir çox ölkə “Bir kəmər və yol” təşəbbüsündən üz döndərir, bu, bir neçə illik müşahidədən sonra sözügedən təşəbbüsün ölkələri üçün bir o qədər də faydalı olmamasının ortaya çıxmasından sonra baş verib. Gürcüstan bu təşəbbüsdən istifadə etmək qərarına gəlsə, ümid edirəm ki, bu, yaxşı nəticələrə gətirib çıxaracaq. Görünürdü ki, bu səfər Gürcüstan üçün vacib idi. Kimin onun tərəfdaşı olacağı Gürcüstanın öz seçimidir. ABŞ illərdir olduğu kimi Gürcüstanın qəti dəstəkçisi olaraq qalır. Əməkdaşlığımızın tarixi olduqca müsbətdir və ABŞ-Gürcüstan tərəfdaşlığının gətirdiyi konkret faydaları açıq şəkildə göstərir”- deyə Deqnan açıqlayıb.