Kelli Deqnan - Biz hökumətlə, müxtəlif idarələrlə işləyirik, sanksiyalardan yayınma cəhdlərinə monitorinq vacibdir
Kelli Deqnan - Biz hökumətlə, müxtəlif idarələrlə işləyirik, sanksiyalardan yayınma cəhdlərinə monitorinq vacibdir

Sanksiyalardan yayınma cəhdlərinə monitorinq vacibdir, – bu barədə jurnalistlərə ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan bəyan etdi.

Batumi limanına sanksiya edilmiş Rusiya gəmisinin daxil olması ilə bağlı yayılan məlumatla bağlı sualı cavablandıran ABŞ səfiri bəyan etdi ki, ABŞ Səfirliyi bununla bağlı Gürcüstan hökuməti və müxtəlif idarələrlə işləyir.

“Bəli, bu çox önəmli məsələdir. Biz, təbii ki, bunu öyrənirik və ümumiyyətlə, belə fəaliyyətlərə çox diqqət yetiririk. Biz hökumətlə, müxtəlif idarələrlə, istər gömrük, istərsə də gəlir xidməti ilə, işləyirik. İstənilən belə cəhdi, sanksiyalardan yan keçmək cəhdinə monitorinq çox vacibdir və biz bunu davam etdirəcəyik”, – Deqnan bəyan etdi.