Kelli Deqnan Amerika xalqı adından Batumidə binanın uçması nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edib

14:01, 09.11.2021

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Amerika xalqı adından Batumidə yaşayış binasının uçması nəticəsində 9 nəfərin həlak olduğu yerə gül dəstəsi qoyub.

“8 oktyabr faciəsindən sonra Batumiyə ilk səfəri zamanı səfir Deqnan yaşayış binasının uçması nəticəsində 9 nəfərin həlak olduğu yerə Amerika xalqı adından gül dəstələri qoyub. ABŞ səfirliyi bir daha həlak olanların ailələrinə və Batumi xalqına dərin hüznlə başsağlığı verir”, – ABŞ səfirliyinin bəyanatında deyilir.

Oxşar