Kelli Deqnan - ABŞ sanksiyalar prosesimizi əvvəlcədən nəzərdən keçirmir, əgər sanksiyalar tətbiq olunarsa, o, Xəzinədarlıq Departamentinin saytında əlçatandır
Kelli Deqnan - ABŞ sanksiyalar prosesimizi əvvəlcədən nəzərdən keçirmir, əgər sanksiyalar tətbiq olunarsa, o, Xəzinədarlıq Departamentinin saytında əlçatandır

 

ABŞ sanksiyalar prosesimizi əvvəlcədən nəzərdən keçirmir, əgər sanksiyalar tətbiq olunarsa, o, Xəzinədarlıq Departamentinin saytında əlçatandır-deyə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə bildirib .

Jurnalistlər Kelli Deqnana “Keçmiş oliqarx Bidzina İvanişvili kimi Putinə kömək edən üçüncü ölkələrdən olan şəxslər bilməlidirlər ki, Putini dəstəkləməyi dayandırmasalar sanksiyalarla qarşı-qarşıya qalacaqlar “-deyə Qari Kasparov və Maykl Makfolun “The Washington Post” qəzetində dərc olunmuş məqaləsi barədə sual ünvanlayıblar.

“Mən məqaləni oxumamışam. Ona görə də bunu şərh edə bilmərəm, əvvəllər də dediyim kimi, ABŞ bizim sanksiyalar prosesini əvvəlcədən nəzərdən keçirmir. Sanksiyalar tətbiq olunduqda , bu Xəzinədarlıq Departamentinin internet saytından əlçatan olur. Biz sanksiyalara belə yanaşırıq. Onlar vacib vasitədir. Bu vasitələrdən biridir, lakin gördüyümüz üzrə, hər kəs onlara əməl etdikdə çox vacibdir. Sanksiyaların mahiyyəti budur” – deyə Kelli Deqnan bildirib.