Kelli Deqnan - ABŞ Saakaşvilinin məsələsini diqqətlə izləyir, Ombudsman Ofisinin işini tərifləyirik, hərçənd nəticə etibarı ilə Saakaşvilinin hüquqlarının qorunmasını təmin etmək hökumətin məsuliyyətidir
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan ABŞ-ın Mixeil Saakaşvilinin məsələsini diqqətlə izlədiyini bildirib.
Deqnan hökumətin Saakaşvilinin səhhətinin və hüquqlarının, o cümlədən ədalətli məhkəmə hüququnun qorunmasını təmin etmək məsuliyyətini daşıdığını qeyd edib.
Bununla yanaşı, Kelli Deqnan Xalq Müdafiəçisi Ofisinin Saakaşvili ilə bağlı nümunəvi iş gördüyünü söyləyir.
“ABŞ Saakaşvilinin məsələsini böyük diqqətlə izləyir. Biz həqiqətən də Ombudsman Ofisinin gördüyü işləri tərifləyirik, onun vəziyyətinin monitorinqinin aparılması və Saakaşvilinin hüquqlarının qorunmasını təmin etmələri həqiqətən nümunəvi iş idi. Ombudsman Ofisinin nümayəndələri sonuncu həftə Saakaşviliyi həftədə iki dəfə ziyarət edirdilər. Nəticə etibarı ilə, cənab Saakaşvilinin fiziki və psixi sağlamlığının qorunmasını, tibbi ehtiyaclarının qarşılanmasını və ədalətli məhkəmə hüququ da daxil olmaqla hüquqlarının müdafiəsini təmin etmək hökumətin vəzifəsidir. Biz bu konstitusiya öhdəliyinin və məsuliyyətin qorunduğunu görməyi gözləyirik” -deyə Kelli Deqnan bildirib.